DUYURULAR
İkinci şubemizi hizmetinize sunmuş bulunmaktan mutluluk duyuyoruz.


Gelişen teknolojide son nokta: Dünya ile aynı anda Bakü'de.Göz kusurlarını düzeltmek için kullanılan laser tekniğinde, şimdi yepyeni bir teknoloji olan IntraLase LASIK uygulanarak, hastaların daha avantajlı tedavi olması sağlanıyor...
Göz xəstəlikləri > Katarakta

Kataraktadan əməliyyəat olmaq artıq çox asandır.

Katarakta gözümüzdə normal halda şəffaf olaraq mövcud olan linzanızın bulanıqlaşmasıdır, foto aparatlardakı optik komponentin çirkləndirilməsi vəziyyətində olduğu kimi, kataraktalı gözdə də işıq göz içərisində daxil ola bilməyəcəkdir.
Kataraktanın meydana gəlməsinin ən əsas səbəbi yaşın artmasıdır. Yetkin yaşlarda saçlarımız necə ağarırsa, gözünün içindəki linzaların protein quruluşun da dəyişiklik büruzə verəcək və bulanıqlaşacaqdır. 52-64 yaş arasında olan insanlarda 50% nisbətində kataraktın inkişafı çox yayılmışdır. Katarakta erkən yaşlarda da təsadüf edilə bilər. Bəzi kataraktlar anadangəlmə meydana gəlir. Bunun xaricində travma, qatı günəş işığı ilə uzun müddətli təmas, toksiki kimyəvi maddələr, vücudun metabolik dəyişiklikləri, yəni diabet kimi xəstəliklər, dərmanlar (steroid, kortizonlu dərmanlar) katarakt inkişafını artırır, (yetkin yaşlarda sıx görmə zəifliyinə səbəb olan).
Yetkin yaşlarda görmə zəifliyinə, görmənin itməsinə səbəb olan ən əsas, səbəblərdən biri katarakt xəstəliyidir. Görmə itiliyinin azalması, kataraktalı, xəstələrdə ən sıx rast gəlinən tapıntıdır. Görmə səthindəki dəyişikliklər, kataraktanın tipinə görə fərqli işıq əks olunmalarından qorunmağa çalışırlar. Onlar, bunu gözün qamaşması kimi izah edirlər. Çox işıqlı şəraitdə günəş işığında ciddi şəkildə görmə zəifliyinə gətirəcək görmə azalması olabilər.

Kataraktanın bir neçə fərqli tipi mövcuddur. İşıq əks olunması, kataraktanın müəyyən edən tapıntılardan, biridir. O kataraktanın hər tipində müşahidə olunmur, xüsusilə kortikal və kapsulyar katarakta olaraq adlandırdığımız linzanın əhatəsində kataraktanın meydana çıxması ilə müşahidə olunan katarakt tiplərində rast gəlinir.

Nüvə kataraktası adı verilən mərkəzdəki linzanın çəyirdək hissəsinin qalınlaşması ilə müşahidə olunan katarakt tiplərində dəyişən dərəcələrdə miopiya bəhs edilir. Getdikcə yaxından oxuyarkən istifadə olunan eynəklərə ehtiyac olmaya bilər. Yaxın əvvəldə olduğuna nisbətən daha aydın görünür. Kataraktanın bir çox növləri mövcuddur. Ən sıx rast gəlinən növlər:

Subkapsulyar katarakta: Bu katarakta növündə linzanın arxasındakı kapsulun mərkəzi ilk olaraq təsirlərin. Bu tip kataraktalarda uzağı görmə erkən mərhələdə təsirlənir və görmə itiliyini ən çox pozan bir növdür. Yaxından görmə də çox pozulur. Nüvə sklerotik katarakta da kataraktanın daha bir növüdür.
Bu xəstələrdə yaxını görmə əvvəlkinə nisbətən daha yaxşılaşa bilər, ancaq uzağı görmə isə hədsiz dərəcədə pozulur. Bu qəbildən olan xəstələr miopik eynəklərdən az da olsa istifadə edə bilərlər.

Kortıkal katarakta: Digər bir katarakt tipi olan kortikal kataraktlarda isə görmə əksi tutulanadək görmə itiliyi kifayət dərəcədə olur. Amma katarakta çox inkişaf etdiyi zaman görməyə mənfi təsir etməyə başlar.

Katarakta əməliyyatı planlaşdırılmış xəstələrin görmə itilikləri qabiliyyətləri yoxlanıldıqdan sonra ön seqment müayinəsi aparılaraq biometriya adı verilən ölçmə tətbiq olunur. Biometriya adı verilən bu ölçmələr sonrasında göz bəbəkləri dama ilə böyüdülərək retina (göz dibi) müayinəsi aparılır.

Hansı xəstələrdə katarakt müalicə olunmalıdır?
Kataraktanın müalicəsində məqsəd görmənin artırılmasıdır, yaxud da gözə zərər verəcək qədər çox inkişaf etmiş olan səthlərdəki kataraktalarda gözdə qalacaq qüsurların qarşısını almaq məqsədi ilə katarakt müalicəsi tətbiq olunur. Görmə kəskinliyinin səviyyəsindən çox xəstənin həyatına təsir etmək üçün əməliyyat qərarı verilir.

Bəzi xəstələr kataraktları erkən mərhələdə olsa belə, gündəlik həyatlarında həddindən artıq narahat olurlar.Bu növ kataraktlarda görmə səviyyəsinə çox təsir edirsə.katarakt əməliyyatı daha erkən mərhələdə təklif olunur və linza yumuşaqkən qoyulduğu üçün bu daha da sərfəlidir.


Çox gözləmiş, gecikmiş katarakt hallarında büllur çox sərtləşir və əməliyyat bir az daha uzun çəkir. Katarakt çox inkişaf etdiyi zaman gözdə qalıcı fəsad meydana gəlmə ehtimalı vardır ki, bunlar arasında qlaukoma, billurun göz içinə düşməsi və ya yer dəyişməsi, uveit kimi xəstəlıklər yer almaqdadır. Artıq bu mərhələdə katarakt əməliyyatı edilməsində görmə artımı ilə bərabər əsas məqsəd gözün daha da çox zərər gəkməsinin qarşısını almaqdır.

Katarakt inkişafının dayandırılması və ya geriyə döndürülməsi müalicə ilə (əməliyyatsız) mümkün deyil. Kataraktın tək müalicə növü – cərrahidi. Kataraktı olan mövcut billur göz içindən çıxarılaraq yerinə şəffaf linza yerləşdirilir. Daha öncə kataraktın aradan qaldırılması üçün adətən tikişli üsül istifadə olunurdu. Bu üsulla əməliyyat daha çox vaxt aparır və əməliyyatdan sonra batma, yanma və bulanıq görmə kimi şıkayətlər daha çox olurdu. Bu köhnə üsulda təkrar tikişlərin sökülməsi lazım olurdu. Artıq günümüzdə müasir üsullar inkişaf etdi.

Fakoemulsifikasiya deyilən ən müasir katarakt cərrahiyyəsi növündə buynuz qişadan çox qısa bir kəsikdən göziçinə alətlə girilərək ultrason enerjisi ilə billur çox kiçik parçalara bölünərək vakumla çəkilir. Bu kiçik kəsikdən gözə uyğun linza yerləşdirildikdən sonra tikiş qoyulmadan əməlıyyat tamamlanır.Fakoemulsifikasiya üsulu, geniş bir kəsik olmadığı və qapalı sistemdə çalışıldığı üçün erkən dövrdə görmə səviyyəsini arttıran olduqca güvənli fəsadı çox az olan bir üsuldur. Əməliyyatdan sonra gözdən tikiş sökülmür.

Buynuz qişadan almaz bıçaqla dəlik açılır Buynuz qişadan daxil olaraq büllurun ön kapsulası soyulur Gözün yandan görünüşü,kataraktlı büllür fako üsulu ilə əmilir.

 

     

Cərrahiyədə standart olarraq yerli keyitmə istifadə olunur. Gözünüz keyidiyi üçün əməliyyat zamanı birşey hiss etməyəcəksiz, bəlkə gözünüzdə yüngül toxunma hiss edə bilərsiniz.Əməliyyat kataraktanızın növünə görə 5-10 dəqiqə çəkir. Bu vaxt ərzində başınızı ya da gözünüzü tərpətmək olmaz. Fako cərrahiyyəsi ərzində standart olaraq nəbz və təyziq göstəriciləriniz monitorizə edilməkdədir. Əməliyyat zamanı hər an həkiminizlə ünsiyyətdə ola bilərsiniz.

Katarakt əməliyyatından sonra ikinci dəfə katarakt əmələ gələ bilərmi?
Katarakrtlı billurunuz tamamilə göziçindən alındığı üçün ikinci dəfə katarakt əmələ gəlməsi mümkün deyil. Katarakt əməliyyatı zamanı kataraktlı linza (büllur) götürüldükdən sonra incə bir qat (səth) içinə linza yerləşdirilir. Məhz bu incə kapsula əməliyyatdan sonrakı dövrdə qalınlaşa bilər. Bu vəziyyət əməliyyatın gedişatı ya da əməliyyat əsnasında meydana gələn fəsadla bağlı deyil. Linzanın yerində durmasını təmin edən kapsulanın ağarması ümumiyyətlə hər gözdə meydana çıxa bilər, lakin gənc yaş qrupu, diabeti olan və yuxarıda adı çəkilən psevdoeksfoliasiyası olan xəstələr bu kapsulanın ağarmasına daha həssasdır. Belə bir vəziyyətdə müalicə əməlıyyat deyildir. Saniyələr içində bitən laser (YAG laser) tətbiqi ilə tamamilə müalicə oluna bilər.

Katarakt əməliyyatından öncə və sonra diqqət edilməsi gərəkənlər!

  • Aspirin və buna bənzər dərmanlar əməliyyatdan 3 gün öncə kəsilməlidir.
  • Əməliyyat sabahı, ağır olmamaq şərtilə nahar etmək olar.
  • Diabet, hipertoniya, astma kimi system xəstəliklərdə istifadə olunan dərmanlar kəsilməməlidir. İnsulin dozasına, oral antidiabetik müalıcəyə, pəhrizə riayət etməyə hərzamanki kimi davam olunmalıdır. Əməlıyyat günü sistemli olaraq istifadə etdiyiniz dərmanlarınızı yanınızda gətirmənizdə fayda vardır.
  • Əməliyyat günü üz yaxşıca yuyulmalı, makyajdan losyon və ətirdən istifadə olunmamalıdır.
  • Əməliyyat vaxtı üzərinizdəki qiyafət dəyişdiriləcəkdir və sterillik baxımından sizə verilən əməliyyat paltarını geyinəcəksiz.
  • Əməliyyat bittikdən bir qədər sonra evinizə qayıda bilərsiniz.
  • Həkiminiz Sizi ilk 36 saat ərzində təkrar müayinəyə çağıracaq.Evə tək dönməməyiniz, avtomobil sürməməyiniz məsləhətdir.

 

Əməliyyat necə olacaq?

  • Əməliyyat zamanı yatmadığınıza görə hər an həkiminizlə ünsiyyətdə olacaqsınız, söyləmək istədiyiniz hər hansı bir şey olursa həkimizə dərhal deyə bilərsiz.
  • Əməliyyatınız tikişsiz üsul olan fako üsuluyla gərçəklişir. Bu üsul sayəsində tez bir zamanda görməniz artacaq və tikişlərin sökülməsi kimi bir halla rastlaşmayacaqsınız.
  • Əməliyyat zamanı başınızı və ya gözünüzü çox qısa bir vaxt ərzində hərəkət etdirməməyiniz məsləhətdir.

Damcılar necə istifadə olunmalıdır?

  • Damcı salınmadan öncə əllər yaxşıca yuyulmalıdır.
  • Əgər əməliyyatdan sonra həkiminiz sizə 2 fərqli damcı istifadə etməyinizı söyləmişsə, hər iki damcını eynı vaxtda damlatmaq olmaz. Birincı damladan 15 dəqiqə sonra digər damla tökülməlidir. Damla tökülmədən öncə qabı çalxalamaq məsləhətdir.
  • Damla tökərkən yuxarıya doğru baxıb alt qapağınızı aşağıya doğru çəkərək göz qapağının içinə doğru, damlanın ucu gözə dəymədən tökülməlidir.
  • Damlalar gün ərzində istifadə olunmalıdır, gecə yatanda qalxıb damcı tökməyə ehtiyac yoxdur.