DUYURULAR
İkinci şubemizi hizmetinize sunmuş bulunmaktan mutluluk duyuyoruz.


Gelişen teknolojide son nokta: Dünya ile aynı anda Bakü'de.Göz kusurlarını düzeltmek için kullanılan laser tekniğinde, şimdi yepyeni bir teknoloji olan IntraLase LASIK uygulanarak, hastaların daha avantajlı tedavi olması sağlanıyor...
Göz xəstəlikləri > Kontakt Linzalar

Kontakt Linzalar

Klinikamızda kontakt linzalar həkim nəzarəti və kosmetik, tibbi məqsədli hər cür linzalar verilməkdədir. Nömrələri və nömrəsiz rəngli linzalar.

  • Miopiya, hipermetopiya və astıqmatizm növləri linzalar.
  • Qaz keçirən yarı sərt linzalar.
  • Katarakta əməliyyatı keçirmiş yetkin insanlar və uşaqlar üçün afak linzalar.
  • Uzağı və yaxını bir yerdə göstərən multifokal linzalar.
  • Keratokonus linzaları.
  • U.V.qorumalı.
  • Təbii şəkli pozulmuş gözlər üçün, prostetik iris linzaları.
  • Doğal şekli bozulmuş gözler için, prostetik iris lensleri.

 

 

Kontakt linza nədir?
Gözün sınma qüsurlarını düzəltmək üçün eynəyə alternativ olaraq istehsal olunmuş, buynuz qişası ön səthinə taxılacaq lupalara kontakt linza deyilir. Korneanın ön səthinə taxılaraq görmə qüsurlarının düzəldilməsi üçün optik məqsədlə işlədilir. Kontakt linzalar optik məqsədlərlə işlədilməklə yanaşı, kosmetik və müalicə məqsədiylə işlədilən bir protez növüdür.

 


Kontakt Linza tipləri hansılardır?

Kontakt Linzalar sərt və yumşaq Linzalar olaraq iki qrupdur. Sərt kontakt linzalar sərt bir maddədən hazırlanaraq miqyasları, ölçüləri yumşaq kontakt Linzalara nisbətən daha kiçikdir.

Yarı sərt və ya yarı yumşaq olaraq adlandırılan qaz keçirən kontakt linzalar (qas permearbl) da sərt linzaların bir növüdür. Yumşaq linzalar dəyişik, müxtəlif nisbətlərdə oksigen keçirmə xüsusiyyətinə malik olduğundan yumşaq linzaya bənzədilməkdədir. Sərt linzaların gözə adaptasiya olunması üçün xəstənin bu növ kontakt linzaları hər gün getdikçə artan müddətdə işlətməsi lazımdır. Qaz keçirən sərt linzalar yüksək astiqmatizm, qaydasız astiqmatizm keratokonus kimi göz xəstəliklərində istifadə olunur və linzaya alışmaq müddəti təxminən 1 ay çəkir.
Yumşaq kontakt linzalar sərt linzalara görə daha böyük ölçülü olup gözə taxıldıqda gözün rəngli hissəsini əhatə edərək gözün ağına yayılarlar. Sərt kontakt linzalarla yumşaq linzalar arasındakı mühüm fərqlərdən biri də onların saxlanılma metodlarıdır.

Yumşaq kontakt linzalar gözdən çıxarıldıqdan sonra mütləq xüsusi bir maye içində saxlanılmalıdır. Yumşaq linzaların tərkibində yüksək səviyyədə su vardır. Maye olan şəraitdə saxlanılmadıqlarında su itirərək quruyarlar və formalarını itirmiş bir hala düşərək, bu halda istifadə yararsız olarlar. İnfeksiya riskini azaltmaq üçün yumşaq linzaların xüsusi bir maye içində saxlanılmaları vacibdir. Bir günlük, həftəlik, aylıq linzalar, üç aylıq linzalar, hər gün işlədilən bir il müddətli linzalar, bəzi göz xəstəliklərinin müalicəsi üçün işlədilən müalicə məqsədli linzalar, bifokal və rəngli linzalar kimi. Gözdəki qüsurluğun düzəldilməsi üçün işlədilən linzaların çoxu rəngsizdir və gözə taxılarkən görünüşü dəyişməzlər. Taxıldıqları müddətdə qüsuru  aradan qaldırır və təmiz bir görmə təmin edərlər.
Bifokalinzalar yaxın və uzaq üçün 2 ayrı-ayrı eynək işlətmək məcburiyyətində qalan insanlar üçün düzəldilmiş və təkmilləşdirilmişdir. Müasir dövrdə çox populyar olan linzalar qrupundan olan rəngli linzalardır. Gözdəki qüsurların düzəldilməsi məqsədilə istifadə olunduqları kimi sırf estetik məqsədlə işlədilən nömrəsiz linza növləri də vardır. Rəng seçimləri mövcuddur. Prostetikiris (qüzehli qişa) linzaları keçirilmiş bir göz xəstəliyi və ya bir qəza nəticəsində buynuz qişada meydana gələn ağ ləkə, şəklindəki estetik qüsurları aradan qaldırmaq üçün və ya insanların göz rəngini dəyişdirib daha hormal görünmək istəyini reallaşdırmaq üçün istifadə olunan yumşaq linzalardır.

Linza istifadə olunduqda nələrə diqqət edilməlidir?

  • Əl gigiyenanıza xüsusilə diqqət yetirin. Dırnaqlarınız təmiz və düzgün kəsilmiş olmalıdır.
  • Linzalarınızı hər çıxardıqda öz məhlulu ilə təmizləməli, durulandırılmalı və təklif olunan qoruma dərmanı içində saxlanılmalı, mühafizə olunmalıdır.
  • Hər dəfə linzalar çıxarıldıqda məhlul dəyişdirilməlidir.
  • Linzaları ağıza almaq, tüpürcəklə islatmaq olmaz.
  • Linzaları makyajdan əvvəl taxmaq, diqqətli şəkildə çıxardıqdan sonra makyaş təmizləməlidir.
  • Dənizdə və ya hovuzda zaman Linzaları çıxarın. Əks halda Linza ətrafın suyunu çəkərək mikroblar üçün çox münbit şərait meydana gətirəcəkdir. Hamamda çimdikdən öncə də linzalar çıxardılmalıdır.

Kontakt Linzalar necə taxılır?
Gözlərinizdə hər hansı bir qızartı, bulanıq görmə, ağrı və ya şiddətli qaşınma olduqda həkiminizə müraciət edin.
Kontakt linzaları çıxarmazdan əvvəl onların gözünüzdə olmasına əmin olun. Şəklində, linza olması lazım gələn normalar vəziyyətdədir, əyriliyi tamamilə uyğun haldadır.
Linzaları barmağınıza aldıqda linzanın əyriliyinin düzləşməsi müşahidə olunursa iç tərəfi əks tərəfə çevrilmiş ola bilər.

1.Əlinizi yaxşıca yuyun və mümkünsə dırnaqlarınız şəkildəki kimi çox uzun olmamalıdır.
2. Baş barmağınız aldığınız linzanın düzgün gözə (sağ və sol) aid olduğuna əmin olun.
3. Eyni əlinizin orta və ya şəhadət barmağı ilə üst qapağı qaldırın.
4. Dtgər əlinizin orta və ya işarət barmağı ilə üst qapağınızı qaldırın.
5. Linzanı gözünüzün üstünə buraxın.
6. Gözünüzü bir neçə dəfə qırpdığınız zaman linza mərkəzə yerləşəcəkdir.
7. Eyni texnikanı digər gözdə də tətbiq edin.