DUYURULAR
İkinci şubemizi hizmetinize sunmuş bulunmaktan mutluluk duyuyoruz.


Gelişen teknolojide son nokta: Dünya ile aynı anda Bakü'de.Göz kusurlarını düzeltmek için kullanılan laser tekniğinde, şimdi yepyeni bir teknoloji olan IntraLase LASIK uygulanarak, hastaların daha avantajlı tedavi olması sağlanıyor...
Göz xəstəlikləri > Refraktiv Cərrahiyyə > Lasik anlayışı və növləri


LASIK Metodunun mərhələləri

1-ci mərhələ Gözün ən ön qismində yer alan ve kornea (buynuz qişa) adı verdiyimiz şəffaf saat şüşəsi şəklində olan ve adətən qüvvətli bir lupa rolunu oynayan, təqribən 550 mikron qalınlığındakı incə toxumadan, olduqca diqqətli bir kəsim edilərək incə bir təbəqə ( korneal flep ) götürülür.

2-ci mərhələ: Qaldırılmış olan korneal flep qorunaraq altda geri qalan kornea səthinə kompüter nəzarətli excimer laser tətbiq edilir.

Dünyada 6 milyondan çox gözə tədbiq olunan Lasik metodu olduqca etibarlı olmasına baxmayaraq, bir sıra fəsadlar da meydana gəlməkdədir. Və bu fəsadların hamısı bıçaqlı mexanik keratomlar ilə flep qaldırılması ilə əlaqədardır. Yeni metodun 1-ci mərhələsi qismən problemler yaratmaqdadır. 2-ci mərhələ isə tamamilə problemsiz hala gətirilə bilinmişdir deyə bilərik. Çünki 2-ci mərhələ tamamilə kompüter nəzarətli excimer laser ile həyata keçirilir.

Yalnız fəsadlar baxımından deyil, eyni zamanda azalan görmə kəskinliyinin ən yaxşı olabilməsi üçün birinci mərhələdə düzgün bir flep hazırlanmasının zəruriliyi vacibdir. Klassik LASIK tətbiqi əslində mikrokeratom bıçaqı ilə reallaşan kəsik heç bir zaman tam istənilən şəkil və qalınlıqda olmur ve 2-ci mərhələdə tətbiq olunan yüksək texnolagiya laser həssaslığı ilə tətbiq olunur. Son zamanlarda bu sahədə texniki və elmi mühitin bütün çalışmaları LASIK tədbiqinin 1-ci mərhələsini də 2-ci mərhələsi kimi mükəmməl, həssas ve güvənli bir hala gətirə bilməsi üçün intensivləşdi. Ve nəhayət buna nail olundu. Birinci mərhələdəki həssaslıq əlbətdə ki, 2-ci mərhələdə olduğu kimi kompüterli bir laser ilə olmalıydı.

FEMTOSECOND Laser teknologiyası bu problemi tamamilə həll etmişdir. Metodun 1-ci mərhələsi olan flep kəsiyi tamamilə kompüter nəzarətli laser ilə edilməkdədir. Beləliklə istənilən qalınlıqda, istənilən formada ve istənilən sahədə son dərəcə etibarlı olaraq flep kəsiyi dəqiq bir həssaslıq ve doğruluqla edilə bilinməkdədir.

Intralase bir Femtosecond Laser sistemi olub, xəstələrimizə klassik LASIK metoduna görə çox daha etibarlı ve kompüter nəzarətli yüksək texnoloji bir sistem təklif etmək şansını bizə vermişdir. Intralase ilə kompüter nəzarətindəki femtosecond laser korneada gərəkli kəsiyi edə bilməkdə ve necə istəyiriksə o şəkildə flep yarada bilməkdədir. Yəni kəsik bıçaq yerinə Laser ile həyata keçirilməkdədir. Bu hal operatora bıçaq ilə kəsik əmələ gətirmə zamanı baş verə biləcək fəsadlardan qurtarma imkanını təmin edir. Ayrıca intralase bizlərə flep qalınlığının istənilən formada yüksək həssaslıqla müəyyən fürsət verdiyi üçün müalicə sərhədləri də inamla genişləndirilməkdədir. Beləliklə, bu yüksək texnologiya sayəsində klasik LASIK üçün uyğun olmayan bir çox göz IntraLASIK üçün uyğun ola bilməkdədir.


Intralase son 50 ildəki flep əmələ gətirmə texnologiyasındakı ən önəmli inkişaf olaraq yerini almışdır. Kompüter nəzarət proqramı "Intralase"ə flep əmələ gətirmə əsnasında yüksək həssaslıq ve hər zaman planlaşdırılana çata bilmə bacarığı vermişdir ki, bunu heç bir bıçaq istifadə edən mexaniki mikrokeratomlar ilə etmək mümkün deyildir. Bu tamamilə Laser ehtiva edən təqribən bıçaqsız ve mexaniki heç bir təşəbbüs olmadan olduqca yüksək həssaslıq və inamla korneal flep əmələ gətirməsinə imkan verməkdədir.

 

IntraLASIK tətbiq etdiyimiz zaman bıçaq yerinə yüksək texnoloji femtosecond laser istifadə edərək flep əmələ gətirməkdəyik. Yəni 1-ci mərhələ yenə heç bir mexanik təşəbbüs olmadan yenə laser ilə düzəlməkdədir. Bu LASIK metodunu başdan sona Laser ilə düzəltmək deməkdir ki, bu da son 10 ildə refraktif cərrahiyədəki ən önəmli inkişafdır. IntraLASIK ilə bıçağa aid bütün fəsadlar ve istənilməyən vəziyyətlər aradan qaldırılmışdır. IntraLASIK teknologiyasında bu vaxta qədər edilən 300.000-dən çox insident heç bir flep fəsadları bildirilməmişdir. Bu həqiqətən LASIK-də etimad ve hassaslıq baxımından ən önəmli inkişafdır.

Keyfiyyət
Daha Keyfiyyətli Görmə: IntraLASIK ilə əyani nəticələr daha qənaətkar və daha çox qəbul ediləcək bir davamlılık göstərməkdədir.

İNAM
Bıçaqsız Laser Texnologiyası: Intralase ilə , LASIK tamamilə əvvəldən axıra qədər laser ( all laser ) metodu halına gətirilmişdir. Beləliklə, bıçağa bağlı bütün fəsadlar aradan qaldırılmışdır.

Dəqiq
Istənilən Flep: Tamamilə kompüter nəzarətli yüksək texnoloji məhsulu intralase istənilən diametr,şəkil ve dərinlikdə flep əmələ gətirməyə risksiz şəkildə imkan verir.



Klassik Lazer Nə Qədər Etibarlıdır?

Klasik LASIK uyğunluğu müəyyən edilmiş gözlərdə etibarlı, təsirli, əyani, nəticələri olduqca ya uyğun olmayan gözlərə də rahatlıqla risksiz bir şəkildə uyğun gələ bilir. Məzmun olaraq IntraLASIK etibarlılıq hüdudunu yüksəldən daha çox hassas ve yüksək standartı təmin edən bir tədbiq etmədir.



IntraLASIK ilə LASIK Arasındakı Fərqlər

IntraLASIK – də əyani nəticələr ən az klassik LASIK – dəki qədər yaxşı olub, görmənin daha da yaxşı olma imkanını yüksəkdir. Müxtəlif çalışmalar daha çox qəbul edilə bilir ve uzun müddətli stabil görmə yaxşı olduğu bildirilmişdir.

IntraLASIK Çox bahalımı?
İnkişaf etmiş texnologiyaların tətbiqi hər zaman daha bahalı olması ilə diqqəti çəkməkdədir. Istər yüksək texnologiyaya sahib bu cihazların qiymətlərinin bahalı olmaları, istərsə də tədbiqində istifadəsi məcburi olan bir sıra tək istifadəli aparatların gətirdiyi maddi xərclər qiymətlərin artmasına səbəb olur. Ancaq xəstələrin əksəriyyəti aradakı qiymət fərqinin, təklif olunan güvənlik yanında heçdə önəmli olmadığı fikrindədirlər. Klinikamızda IntraLASIK üçün tələb edilən tək fərq hər göz üçün ayrı - ayrı istifadə edilən steril bir dəfə istifadə edilən aparatlar ( docking device ) üçündür.

Nə üçün intraLASIK?

  • IntraLASIK bıçaqlı mexanik keratomların potensial fəsadlarını aradan qaldıraraq xəstələrimizə ekstra bir güvən gətirmişdir.
  • Intralase ilə daha incə flep qaldırma şansımız olduğu üçün incə kornealı xəstələrimizə də LASIK tədbiq ediləbilmə şansına nail olmaqdayıq.
  • Intralase ilə incə flep qaldırabilməmiz dolayısı ilə yüksək qırma(görmə) qüsurlu xəstələrimizə excimer laser tətbiq edə bilməkdəyik.
  • IntraLASIK həm cərrahı, həm də xəstəni daha əmin və daha rahat bir ortamla təmin etmişdir. Məlumdur ki, flep əmələ gətirilməsi zamanı heç bir fəsad olmayacaqdır. Beləliklə, xəstə və cərrah daha rahat olacaq ve ortam daha sakit bir hal alacaqdır.
  • Intralase LASIK tətbiqini tamamilə başdan axıra laser metodu halına gətirir, nəzarət tamamilə kompüter ilə yüksək həssaslıqdadır.
  • Intralase, ayrıca yerinə təkrar geri yatırıldığında daha yaxşı oturan bir flep əmələ gətirir.
  • Intralase istifadə edərək flep əmələ gətirmə ağrısız ve kornea üzərinə çox daha az təzyiq əmələ gətirdiyi üçün daha çox rahatdır.

Bıçaqsız Lasik
Xəstələrimizin ən son generasiya, ən güvənli, ən dəqiq, ən yaxşı görmə qabiliyyətinə çatdıra bilən bıçaqsız LASIK metodu təqdim etdiyimizə görə özümüzü xoşbəxt sayırıq. Dünyada Intra Lasik olaraq adlandırılan bu çox yeni və həyəcan verici metod refraktif cərrahi tarixindəki ən önəmli addımlardan biridir. Mexaniki heç bir təşəbbüsə yol verməyən tamamilə kompüter nəzarətli sistem, Lasik üçün lazımlı korneal kəsiyi bıçaqsız son dərəcə etibarlı və bənzəri olmayan bir dəqiqliklə lazer ilə həyata keçirilməkdədir.


IntraLasik eyni zamanda cərraha maksimum nəzarət və istədiyinə nail olma imkanı verir. Cərrahi bıçaq istifadə edərək, korneal flep qaldırma yerinə lazer ilə və tamamilə computer nəzarətində tətbiq olunan IntraLasik metodu ilə əvvəlcədən planlanan flep qalınlığı və şəklini əldə edə bilmə şansı, mexaniki bıçaqlı keratomlara görə, 100 qat daha çoxdur. Bu istənilənin intraLase ilə tamamilə əldə edilə bilməsi deməkdir. Ayrıca intraLase texnologiyası ilə bıçağa aid bütün fəsadlar aradan qaldırımışdır.

 


Klasik Lasik

Tamamilə computer nəzarətli Excimer Laser cihazlarının korneanın şəklini dəyişdirərək görmə qüsurlarının (Miopiya, Hipermetropiya, Astigmatizm) aradan qaldırmaq işinə qısaca Laser ilə görmə düzəldilməsi deyə bilərik. LASIK bu düzəltmənin ən müvəffəqiyyətli ve ağrısız olaraq həyata keçirilə bilməsi üçün inkişaf etmiş cərrahi bir metoddur.

LASIK metodunda excimer lazerin tədbiqindən əvvəl operator kornea üzərində incə bir təbəqə kəsir. Sonra bu təbəqə (korneal flep) korneanın mərkəzi hissəsi açıq qalacaq şəkildə geriyə doğru səliqəli şəkildə qatlanır. Flep həmin sahədən uzaqlaşdırılıb nəzarət altına alındıqdan sonra kornea yatağına LASER tədbiq olunur. Daha sonra geriyə qaytarılan flep təkrar əvvəlki yerinə yatırılaraq, uygun vəziyyəti almasını təmin edir.

Epilasik
Bu metod LASEK - ilə oxşardır. Burada epitel künt bıçaqlı bir mikrokeratom ilə qaldırılır. Lazer tədbiqindən sonra təkrar yerinə yapıştırılır. Əməliyyatdan sonra olan ağrı və həssaslıq LASEKdəki kimidir. Qırma qüsuru düzəltməsi bütün metodlarda müasir Excimer Laser cihazı ilə edildiyi üçün metodların üçündə də görmə keyfiyyəti LASIK səviyyəsinə çata bilməkdədir. Ancaq görmənin ən yaxşı vəziyyət alması daha gec dönmədədir.

 

Lasek
LASIK-in bir modelidir deyə bilərik. Burada kornea üzərindəki epitel olaraq adlandırılan son dərəcə incə canlı toxuma üzərinə qısa müddətli alkol tədbiq olunur. Bu tədbiq olunma epitelin kornea alt təbəqəsi ilə əlaqələrini asanladacaqdır. Daha sonra epitel incə bir şpatel ilə korneadan ayrılaraq lazer tədbiq olunacaq sahənin kənarına qatdalanır. Excimer Laser tədbiq olunduqdan sonrz təqribən 50 mikron qalınlığındakı epitel təbəqəsi təkrar əvvəlki yerinə yerləşdirilir. LASEK xüsusi ilə kornea qalınlığı LASIK metodu üçün uyğun olmayan gözlər üçün tədbiq olunur. Yaxşı görmə müddəti LASIKlə müqayisədə daha uzun olub 3 həftəyə qədər uzana bilər. Əməliyyatdan sonra 2-3 gün qismən ağrılı ve narahat baxa bilər. Ancaq bu rahatsızlıq müxtəlif dərmmanlarla aradan qladırılır..

 


PRK

PRK zamanı yuxarıdakı işlərin demək olar ki, eynisi yerinə yetirilməkdədir. Fərq ondadır ki, qaldırılan epitel təkrar əvvəlki yerinə yerləşdirilmir və vücudun epiteli yeniləməsi gözlənilir. Əməliyyatdan sonrakı ağrılar LASEK - ə nisbətən çoxdur.

 

 


ƏMƏLİYYAT ZAMANI

  • Excimer Laser metodunda iynə, narkoz kimi keyləşdiricilər istifadə edilmir, yalnız gözu keyidəcək bir damla salınır, arxasınca bir neçə dəqiqə içərisində əməliyyat başa çatdırılır.
  • Laser zamanı həkiminizlə danışaraq ünsiyyət yarada bilərsiniz.
  • Əməliyyat zamanı gözlərinizi hərəkət etdirsəniz belə , bu problem yaratmır.

MEL 80 Cihazının yüksək həssaslı göz izləmə sistemi sayəsində lazer gözünüzü izləyir və lazım olduğu qədər Lazer şüasını lazımlı bölgəyə yönəldir.

ƏMƏLİYYATDAN SONRA

  • Əməliyyat qurtardıqdan sonra evinizə gedə bilərsiniz.
  • Əməliyyatdan sonra bir neçə saat istirahət etməyiniz daha faydalıdır.
  • Sizə veriləcək olan qoruyucu gözlükləri istifadə etməyinizin də əhəmiyyəti vardır.
  • Yalnışlıqla gözə toxunmanıza əngəl olacaqdır.
  • Ertəsi gün həyatınıza qaldığı yerdən davam edə bilərsiniz, qoruyucu günəş eynəyi istifadə etmək ilk günlər üçün önəmlidir.
  • Gözünüzü ovxalamanız, basmanız, və qaşımanız təhlükəlidir.
  • Resept olaraq yazılan damlaları məsləhət bilinən şəkildə istifadə etməyiniz lazımdır.