DUYURULAR
İkinci şubemizi hizmetinize sunmuş bulunmaktan mutluluk duyuyoruz.


Gelişen teknolojide son nokta: Dünya ile aynı anda Bakü'de.Göz kusurlarını düzeltmek için kullanılan laser tekniğinde, şimdi yepyeni bir teknoloji olan IntraLase LASIK uygulanarak, hastaların daha avantajlı tedavi olması sağlanıyor...
Sıx - Sıx Verilən Suallar

Fotorefraktiv keratotomiya.(PRK). Fotorefraktiv keratotomiyada miopiya,hipermetropiya və astiqmatizmi azaltmaq üçün ekzimer lazer istifadə olunur.Lazer, görünməyən yüksək enerjili bir işıqdır və buynuz qişanı yontmağa,şəkilləndirməyə yarayır.PRK da hər hansı bir cərrahi bıçaqdan istifadə olunmur. Miopiya və hipermetropiyanın müalicəsi zamanı lazer dairəvi tətbiq olunur.Astiqmatizmin müalicəsi zamanı buynuz qişada eliptik şəkildə düzləşdirmə aparılır.

PRK, 1995ci ildə Amerikadaki (FDA) Qida və Dərman İdarəsindən təstiq olunmuş və o zamandan bəri bir neçə milyon insana tətbiq olunmuşdur.

 

Lazer in-situ keratomilozis (LASİK) LASİK,miopiya, hipermetropiya və astiqmatizmin müalicəsində istifadə olunan mikrocərrahi və ekzimer lazerin birləşdirilmiş halıdır.Lasikdə korneadan incə bir pərdə qaldırmaq üçün olduqca özəl,mikrokeratom denilən bir cihaz istifadə olunur.Bu pərdə geriyə qatlanır və altında qalan qisminə ekzimer lazer tətbiq olunur.Pərdə geri yerinə örtülür və sağalmağa başlar.Beş saat ərzidə sağalır.Hərhansı bir tikiş qoyulmaz.




İntra Lasik eyni zamanda cərraha maksimum kontrol və istədiyinə nail olma imkanı verir. Cərrahi bıçaq istifadə olunaraq korneal flep qaldırmaq əvəzinə lazerlə və tamamilə kompüter nəzarəti altında tətbiq olunan İntralasik metodu ilə öncədən planlaşdırılan flep qalınlığı və şəklini əldə edə bilmə şansı,mexanik bıçaqlı keratomlarla müqayisədə,100 qat daha çoxdur. Bu istədiyimizin İntra lase ilə tamamilə əldə edə bilmək deməkdir.Ayrıca intra Lase texnologiyası ilə bıçağa məxsus bütün fəsadlar aradan qaldırılmışdır.

 

 

Epilasik
Bu metod LASEK - ilə oxşardır. Burada epitel künt bıçaqlı bir mikrokeratom ilə qaldırılır. Lazer tədbiqindən sonra təkrar yerinə yapıştırılır. Əməliyyatdan sonra olan ağrı və həssaslıq LASEKdəki kimidir. Qırma qüsuru düzəltməsi bütün metodlarda müasir Excimer Laser cihazı ilə edildiyi üçün metodların üçündə də görmə keyfiyyəti LASIK səviyyəsinə çata bilməkdədir. Ancaq görmənin ən yaxşı vəziyyət alması daha gec dönmədədir.

Lasek
LASIK-in bir modelidir deyə bilərik. Burada kornea üzərindəki epitel olaraq adlandırılan son dərəcə incə canlı toxuma üzərinə qısa müddətli alkol tədbiq olunur. Bu tədbiq olunma epitelin kornea alt təbəqəsi ilə əlaqələrini asanladacaqdır. Daha sonra epitel incə bir şpatel ilə korneadan ayrılaraq lazer tədbiq olunacaq sahənin kənarına qatdalanır. Excimer Laser tədbiq olunduqdan sonrz təqribən 50 mikron qalınlığındakı epitel təbəqəsi təkrar əvvəlki yerinə yerləşdirilir. LASEK xüsusi ilə kornea qalınlığı LASIK metodu üçün uyğun olmayan gözlər üçün tədbiq olunur. Yaxşı görmə müddəti LASIKlə müqayisədə daha uzun olub 3 həftəyə qədər uzana bilər. Əməliyyatdan sonra 2-3 gün qismən ağrılı ve narahat baxa bilər. Ancaq bu rahatsızlıq müxtəlif dərmmanlarla aradan qladırılır.

PRK

PRK zamanı yuxarıdakı işlərin demək olar ki, eynisi yerinə yetirilməkdədir. Fərq ondadır ki, qaldırılan epitel təkrar əvvəlki yerinə yerləşdirilmir və vücudun epiteli yeniləməsi gözlənilir. Əməliyyatdan sonrakı ağrılar LASEK - ə nisbətən çoxdur.



ƏMƏLİYYAT ZAMANI

  • Excimer Laser metodunda iynə, narkoz kimi keyləşdiricilər istifadə edilmir, yalnız gözu keyidəcək bir damla salınır, arxasınca bir neçə dəqiqə içərisində əməliyyat başa çatdırılır.
  • Laser zamanı həkiminizlə danışaraq ünsiyyət yarada bilərsiniz.
  • Əməliyyat zamanı gözlərinizi hərəkət etdirsəniz belə , bu problem yaratmır.

MEL 80 Cihazının yüksək həssaslı göz izləmə sistemi sayəsində lazer gözünüzü izləyir və lazım olduğu qədər Lazer şüasını lazımlı bölgəyə yönəldir.

ƏMƏLİYYATDAN SONRA

  • Əməliyyat qurtardıqdan sonra evinizə gedə bilərsiniz.
  • Əməliyyatdan sonra bir neçə saat istirahət etməyiniz daha faydalıdır.
  • Sizə veriləcək olan qoruyucu gözlükləri istifadə etməyinizin də əhəmiyyəti vardır.
  • Yalnışlıqla gözə toxunmanıza əngəl olacaqdır.
  • Ertəsi gün həyatınıza qaldığı yerdən davam edə bilərsiniz, qoruyucu günəş eynəyi istifadə etmək ilk günlər üçün önəmlidir.
  • Gözünüzü ovxalamanız, basmanız, və qaşımanız təhlükəlidir.
  • Resept olaraq yazılan damlaları məsləhət bilinən şəkildə istifadə etməyiniz lazımdır.

Aşağıda lazerə aid problemlər qeyd olunub.Lakin bunların sıxlığının çox az olduğunu və lazer əməliyyatlarının gözdəki ən əmin və uğurlu əməliyyatlardan biri olduğunu bilmək lazımdır:
  • Keçici narahatlıq
  • Görmədə keçici bulanıqlıq və ya görmədə gəlib keçən dalğalanmalar
  • Qirx yaşından sonra yaxın oxuma eynəyi ehtiyacı
  • (-1.00; +1.00) dərəcə əksik və ya artıq düzəlmə ki,bu vəziyyət lazerlə təkrar düzəldilə bilər.
  • Qaşınma
  • Əsasən yüksək 10 dərəcədən böyük mioplarda gecə görməsinin pozulması
  • Çox seyrək olan nizamsız astiqmatizm.
  • Kontakt linza istifadə etməkdə çətinlik
  • Əsasən PRK işləmində 10 dərəcədən böyük mioplarda korneada skarlaşma
  • Görmənin eynəklə gördüyü qədər olması

  • Ekzimer lazer qırılma qüsurlarının və buynuz qişanın əyriliyinin düzəldilməsi üçün istifadə olunur. Miopiya,hipermetropiya və astiqmatizm birdəfəlik düzəldilə bilər. Ancaq lazerdən öncə gözünüzün lazerə uyğunluğu baxımından detallı bir müayinə lazımdır. Ekzimer lazerin iki ayrı tətbiq olunma növü vardır: PRK və LASİK. LASİK daha yeni bir üsuldur,nəticələri PRKdan daha yaxşıdır. Hər iki üsül 18-20 yaşından etibarən tətbiq oluna bilər. Hipermetropiyada 15-16 yaşından sonra da oluna bilər.

    Visumax, refraktiv lazer tətbiqində hər gələn gün önəmi daha yaxşı anlaşılan, stabil və sağlam nəticələr təmin edən bir sistemdir. Bu üstün texnologiya sayəsində lazer tətbiqinin ən vacib və xətaya ən açıq ilk addımı kompüter nəzarətli, toxmalara mümkün olan ən az ziyan verən bir üsula qovuşuruq. Klasik olaraq bu ilk addım bir cərrahi bıçaq tərəfindən olunurdu. Bu bıçağın yerini mikron səviyyəsində həssaslıqla çalışan bir lazer almışdır. Dolayısıyla hər əməliyyatda olabiləcək xəta miqdarı önəmli dərəcədə azalmaqdadır.

    Visumax FS lazer texnologiyası tərəfindən sizə təqdim olunan bu hassasiyət sayəsində refraktiv lazer müalicəsini GÜVƏNLƏ tətbiq edə bilərsiniz. Bu yeni üsul fəsad riskini önəmli dərəcədə azaldır. Daha öncə mümkün olmayan səviyyələrdə əldə edilən hassasiyət Visumax sistemini günümüzün ən güvənli metodlarından biri edir. Müqayisəli klinik çalışmalar da göstərmişdir ki Visumax mümkün olan daha yaxşı görmə təmin etməkdədir.

    Femtolasik Metodunun mərhələləri
    1-ci mərhələ
    Gözün ən ön qismində yer alan ve kornea (buynuz qişa) adı verdiyimiz şəffaf saat şüşəsi şəklində olan ve adətən qüvvətli bir lupa rolunu oynayan, təqribən 550 mikron qalınlığındakı incə toxumadan, olduqca diqqətli bir kəsim edilərək incə bir təbəqə ( korneal flep ) götürülür.
    2-ci mərhələ: Qaldırılmış olan korneal flep qorunaraq altda geri qalan kornea səthinə kompüter nəzarətli excimer laser tətbiq edilir.

    Dünyada 6 milyondan çox gözə tədbiq olunan Lasik metodu olduqca etibarlı olmasına baxmayaraq, bir sıra fəsadlar da meydana gəlməkdədir. Və bu fəsadların hamısı bıçaqlı mexanik keratomlar ilə flep qaldırılması ilə əlaqədardır. Yeni metodun 1-ci mərhələsi qismən problemler yaratmaqdadır. 2-ci mərhələ isə tamamilə problemsiz hala gətirilə bilinmişdir deyə bilərik. Çünki 2-ci mərhələ tamamilə kompüter nəzarətli excimer laser ile həyata keçirilir.

    Yalnız fəsadlar baxımından deyil, eyni zamanda azalan görmə kəskinliyinin ən yaxşı olabilməsi üçün birinci mərhələdə düzgün bir flep hazırlanmasının zəruriliyi vacibdir. Klassik LASIK tətbiqi əslində mikrokeratom bıçaqı ilə reallaşan kəsik heç bir zaman tam istənilən şəkil və qalınlıqda olmur ve 2-ci mərhələdə tətbiq olunan yüksək texnolagiya laser həssaslığı ilə tətbiq olunur. Son zamanlarda bu sahədə texniki və elmi mühitin bütün çalışmaları LASIK tədbiqinin 1-ci mərhələsini də 2-ci mərhələsi kimi mükəmməl, həssas ve güvənli bir hala gətirə bilməsi üçün intensivləşdi. Ve nəhayət buna nail olundu. Birinci mərhələdəki həssaslıq əlbətdə ki, 2-ci mərhələdə olduğu kimi kompüterli bir laser ilə olmalıydı.

    FEMTOSECOND Laser teknologiyası bu problemi tamamilə həll etmişdir. Metodun 1-ci mərhələsi olan flep kəsiyi tamamilə kompüter nəzarətli laser ilə edilməkdədir. Beləliklə istənilən qalınlıqda, istənilən formada ve istənilən sahədə son dərəcə etibarlı olaraq flep kəsiyi dəqiq bir həssaslıq ve doğruluqla edilə bilinməkdədir.

    Visumax bir Femtosecond Laser sistemi olub, xəstələrimizə klassik LASIK metoduna görə çox daha etibarlı ve kompüter nəzarətli yüksək texnoloji bir sistem təklif etmək şansını bizə vermişdir.Visumax ilə kompüter nəzarətindəki femtosecond laser korneada gərəkli kəsiyi edə bilməkdə ve necə istəyiriksə o şəkildə flep yarada bilməkdədir. Yəni kəsik bıçaq yerinə Laser ile həyata keçirilməkdədir. Bu hal operatora bıçaq ilə kəsik əmələ gətirmə zamanı baş verə biləcək fəsadlardan qurtarma imkanını təmin edir. Ayrıca intralase bizlərə flep qalınlığının istənilən formada yüksək həssaslıqla müəyyən fürsət verdiyi üçün müalicə sərhədləri də inamla genişləndirilməkdədir. Beləliklə, bu yüksək texnologiya sayəsində klasik LASIK üçün uyğun olmayan bir çox göz Femtolasik üçün uyğun ola bilməkdədir.


    Visumax son 50 ildəki flep əmələ gətirmə texnologiyasındakı ən önəmli inkişaf olaraq yerini almışdır. Kompüter nəzarət proqramı "Visumax"a flep əmələ gətirmə əsnasında yüksək həssaslıq ve hər zaman planlaşdırılana çata bilmə bacarığı vermişdir ki, bunu heç bir bıçaq istifadə edən mexaniki mikrokeratomlar ilə etmək mümkün deyildir. Bu tamamilə Laser ehtiva edən təqribən bıçaqsız ve mexaniki heç bir təşəbbüs olmadan olduqca yüksək həssaslıq və inamla korneal flep əmələ gətirməsinə imkan verməkdədir.


    Femtolasik tətbiq etdiyimiz zaman bıçaq yerinə yüksək texnoloji femtosecond laser istifadə edərək flep əmələ gətirməkdəyik. Yəni 1-ci mərhələ yenə heç bir mexanik təşəbbüs olmadan yenə laser ilə düzəlməkdədir. Bu LASIK metodunu başdan sona Laser ilə düzəltmək deməkdir ki, bu da son 10 ildə refraktif cərrahiyədəki ən önəmli inkişafdır.Femtolasik ilə bıçağa aid bütün fəsadlar ve istənilməyən vəziyyətlər aradan qaldırılmışdır. Femtolasik teknologiyasında bu vaxta qədər edilən 300.000-dən çox insident heç bir flep fəsadları bildirilməmişdir. Bu həqiqətən LASIK-də etimad ve hassaslıq baxımından ən önəmli inkişafdır.

    Keyfiyyət
    Daha Keyfiyyətli Görmə:Femtolasik ilə əyani nəticələr daha qənaətkar və daha çox qəbul ediləcək bir davamlılık göstərməkdədir.

    İNAM
    Bıçaqsız Laser Texnologiyası: Visumax ilə , LASIK tamamilə əvvəldən axıra qədər laser ( all laser ) metodu halına gətirilmişdir. Beləliklə, bıçağa bağlı bütün fəsadlar aradan qaldırılmışdır.

    Dəqiq
    Istənilən Flep: Tamamilə kompüter nəzarətli yüksək texnoloji məhsulu Visumax istənilən diametr,şəkil ve dərinlikdə flep əmələ gətirməyə risksiz şəkildə imkan verir.


    Klassik Lazer Nə Qədər Etibarlıdır?
    Klasik LASIK uyğunluğu müəyyən edilmiş gözlərdə etibarlı, təsirli, əyani, nəticələri olduqca ya uyğun olmayan gözlərə də rahatlıqla risksiz bir şəkildə uyğun gələ bilir. Məzmun olaraq Femtolasik etibarlılıq hüdudunu yüksəldən daha çox hassas ve yüksək standartı təmin edən bir tədbiq etmədir.

    Femtolasik ilə LASIK Arasındakı Fərqlər
    Femtolasik – də əyani nəticələr ən az klassik LASIK – dəki qədər yaxşı olub, görmənin daha da yaxşı olma imkanını yüksəkdir. Müxtəlif çalışmalar daha çox qəbul edilə bilir ve uzun müddətli stabil görmə yaxşı olduğu bildirilmişdir.

    Femtolasik Çox bahalımı?
    İnkişaf etmiş texnologiyaların tətbiqi hər zaman daha bahalı olması ilə diqqəti çəkməkdədir. Istər yüksək texnologiyaya sahib bu cihazların qiymətlərinin bahalı olmaları, istərsə də tədbiqində istifadəsi məcburi olan bir sıra tək istifadəli aparatların gətirdiyi maddi xərclər qiymətlərin artmasına səbəb olur. Ancaq xəstələrin əksəriyyəti aradakı qiymət fərqinin, təklif olunan güvənlik yanında heçdə önəmli olmadığı fikrindədirlər. Klinikamızda Femtolasik üçün tələb edilən tək fərq hər göz üçün ayrı - ayrı istifadə edilən steril bir dəfə istifadə edilən aparatlar ( docking device ) üçündür.

    Nə üçün Femtolasik?

    • Femtolasik bıçaqlı mexanik keratomların potensial fəsadlarını aradan qaldıraraq xəstələrimizə ekstra bir güvən gətirmişdir.
    • Visumax ilə daha incə flep qaldırma şansımız olduğu üçün incə kornealı xəstələrimizə də LASIK tədbiq ediləbilmə şansına nail olmaqdayıq.
    • Visumax ilə incə flep qaldırabilməmiz dolayısı ilə yüksək qırma(görmə) qüsurlu xəstələrimizə excimer laser tətbiq edə bilməkdəyik.
    • Femtolasik həm cərrahı, həm də xəstəni daha əmin və daha rahat bir ortamla təmin etmişdir. Məlumdur ki, flep əmələ gətirilməsi zamanı heç bir fəsad olmayacaqdır. Beləliklə, xəstə və cərrah daha rahat olacaq ve ortam daha sakit bir hal alacaqdır.
    • Visumax LASIK tətbiqini tamamilə başdan axıra laser metodu halına gətirir, nəzarət tamamilə kompüter ilə yüksək həssaslıqdadır.
    • Visumax, ayrıca yerinə təkrar geri yatırıldığında daha yaxşı oturan bir flep əmələ gətirir.
    • Visumax istifadə edərək flep əmələ gətirmə ağrısız ve kornea üzərinə çox daha az təzyiq əmələ gətirdiyi üçün daha çox rahatdır.

    Əlbəttə ola bilərsiniz, lazer əməliyyatı gələcəkdə keçirəcəyiniz katarakt və s.kimi əməliyyatlara əngəl deyildir