Üveit
Gözün üvea adı verilən təbəqəsinin iltihabı üveit adlanır.Üveitdə gözün sadəcə bir təbəqəsi deyil, görmə siniri və şəffaf təbəqə yəni kornea daxil olmaqla bütün təbəqələr əhatə olunur. Behçet xəstəliyin, revmatoit artrit, ankiloz spondilit, psoriaz deyilən dəri xəstəliyin, podaqra, xoralı kolit deyilən bağırsaq xəstəliyin ve bir çox revmatizm xəstəliyin əlaməti olaraq qarşımıza uveit çixa bilir. Xəstəlik həm həyat boyu təkrarlayan atakalar kimi, həmdə bəzən tək bir atak kimi geçə bilər.
Uveit simptomları
Tutulan göz toxumasına görə dəyişə bilər.
Göz kürəsində ya da göz çevrəsində ağrılar olur, bəzən bu ağrılar saçlı dəri, yanağlar, burun və dişlərə vura bilər.
-İşığa baxa bilməmək, işıq qarşısında rahatsızlıq hissi və işığ şəraitində ağrının artması yanaşı gedə bilər.
-Göz sulanması da ağrıyla yanaşı gedən başqa bir simptomdur.
-Görmədə bulanılıq,uçan cismlər iltihabın əlamətləridir.
-Gözdə qızartı olur və bu xüsusi ilə xəstələrin ilk müşahidə etdikləri simptomlardandır.
Belə simptomları olan xəstələr təcili olaraq həkimə müraciət etməlidirlər.Erkən dövrdə başlanan müalicə daha uğurlu nəticələr almağa imkan verir. Müalicə gecikdiyi zaman qalıcı görmə azlığının yaranma ehtimalı var. Müalıcə zamanı xəstəyə göz damcıları verilir və bəzən sistem dərmanlar yazılır. Gizli gedişli revmatizm xəstəlikləri varsa onların aşkar olunması müalicənin ən vacib komponentidir. Buna görə bir neçə qan analizləri diaqnoz qoyulma məqsədi ilə məsləhətdir. Sistem xəstəlikləri aşkar olunursa, bu xəstəliyin müalicə olunması göz müalicəsində də faydalı olacaq.