DUYURULAR
İkinci şubemizi hizmetinize sunmuş bulunmaktan mutluluk duyuyoruz.


Gelişen teknolojide son nokta: Dünya ile aynı anda Bakü'de.Göz kusurlarını düzeltmek için kullanılan laser tekniğinde, şimdi yepyeni bir teknoloji olan IntraLase LASIK uygulanarak, hastaların daha avantajlı tedavi olması sağlanıyor...
Lazer və Texnologiya > Visx Star

Visx Star

Dünyada VISX STAR Excimer Laser cihazının etibarlılığı, yüksək texnoloji və performansı çox yaxşı bilinməkdədir. Belə ki, Visx əvvəllər Amerika Birləşmiş Ştatlarında ilk dəfə olaraq istifadə edilmiş (FDA onayı) və texnologiyanı davamlı inkişaf etdirərək illər boyu excimer laser cərrahiyəsində böyük yeniliklərə imza atmışdır. Və yenə inkişaf etdirdiyi yüksək texnologiyalar ilk olaraq Amerikada qəbul olunmuş və müasir dövrdə istifadə olunur. VISX-in inkişaf edən ən son modeli STAR *S4 IR isə Visx-in şöhrətini daha yüksək səviyyələrə qaldırmışdır. Bu yeni model excimer laser sistemi günümüzdə mövcud olan ən yüksək laser texnologiyası olaraq yer tutmuşdur.

Excimer Laser əməliyyatı üçün lazım olan bütün məlumatlar əməliyyatdan əvvəl yenə VISX-in ən son inkişaf etdirdiyi WaveScan WaveFront cihazı ilə gözdən bütün dəqiqliyi ilə alınır, STAR S4 IR dəqiqləşdirilmiş bu məlumatları yüksək həssaslıqla dəyərləndirilir və düzgün bir şəkildə gözə tədbiq olunur. STAR S4 IR excimer laser cihazının WaveScan WaveFront analizatoruna daxil olan çox ayrıntılı məlumatları eyni həssaslıqla işləyə bilməsini təmin edən və eynı həssaslıqla gözə işləyə bilməsini təmin edir və eyni zamanda heç bir excimer laser cihazında olmayan təməl özəlliklərini qısaca sadalasaq;

1. Dəyişgən Laser Şüasının Diametri (VSS : Variable Spot Scanning);
STAR S4 IR Laser süasının diametrinin müalicənin çaplannı müalicənin gərəyinə görə 650 mikron ilə 6,5mm arasında dyişdirəbilmə imkanına malikdir. Bu özəllik sayəsində kornea üzərində daha düzgün bir səth yarada bilməkdədir və müalicə zamanı daha cox qısaldıla bilməkdədir. Bu özəlliyin, ən önəmli faydası toxuma qoruyucu keyfiyyəti ön plana çəkməsidirki, refraktif cərrahiyədəki ən önəmli ehdiyaclardan biridir. Yəni, STAR S4 IR ilə çox az toxuma buxarlandırması edilərək mükəmməl nəticələr əldə edə biməkdədir. Nəticədə Kornea incəlmeə miqdarı daha az olmaqdadır. Misal gətirmək lazım gələrsə -4.00 dərəcə astigmat müalicəsi üçün buxarlandırılan kornea toxuması miktan digər lazerlərə görə hardasa yan-yana az olmaqdadır. Təbii olaraq bi qabiliyyət əməliyyatın etibarlılığını yüksək səviyyələrə catdırmaqdadır.

2. Dəyişgən Laser Şüa Göndərmə (Atış) (VRR : Variable Repetition Rate) : Değişken laser ışın hızı sayesinde operasyon süresi en uygun düzeylere indirilebilmektedir.

3. Aktiv Göz Təqib Sistemi (Active Trak 3-D Active Eye Tracking):
Bu sistem sayəsində gözün X-Y müstəvisi üzərindəki hərəkətləri ilə yanaşı, Z müstəvisi üzərindəki aşağı və yuxarı hərəkətləri də təqib altındadır. Göz təqib sürəti laser göndərmə sürətilə o qədər ahənglidir ki, ən kiçik göz hərəkətlərində belə lazer başlığı gözü təqib edərək şüanı istənilən nöqtəyə yönəldə bilir. Bu surət ayarlanması bir çox excimer laser cihazında gərəkli həssasiyətdə olmadığı üçün ani göz hərəkətlərində lazım olmayan sahələrə laser şüasının düşməsi qaçılmazdır.

4. Aktiv Təqib ve Avtomatik Mərkəzləmə (Active Trak Automatic Centering)
Lazer şüa yönəldicisi avtomatik olaraq pupilla ( göz bəbəyi ) üzərinə kilitlənir. Beləliklə, bütün şüalar mərkəz çevrəsində lazım olan şəkildə qüsursuzca yönələ bilir.

5. Iris Diaqnostika Programı (IR : iris Registration) :
Bu xüsusiyyət dünyada heç bir excimer laser cihazında olmayan və mükəmməlliyini özündə saxlayan bir texnologiyadır.Istənilən WaveFront müalicəsini reallaşdıra bilmək üçün; xəstəyə və ya gözə xüsusilə toxunmadan tədbiq oluna bilən, tamamilə avtomatik olan və Amerikada qəbul olunmuş, FDA onaylı ilk və tək diaqnostik metoddur.Bu inkişaf etmiş xüsusiyyət sayəsində sağ-sol və aşağı-yuxarı hərəkətləri ilə yananşı rotasiya olaraq adlandırdığımız öz ətrafındakı dönüş hərəkətlərində təqib edilməkdədir. Belə ki, normalada bel üstə yatdığımız zaman gözlərimiz dik durduğumuz vəziyyətə görə təqribən 5-15 dərəcə öz oxu ətrafıda dönər. Bunun əhəmiyyəti budur.Gözə aid bütün standart ölçülər və yüksək texnologiya WaveFront xəritələri bizdən dik duruş vəziyyətindəikən alınır.

Buna baxmayaraq Excimer Laser bel üsdü yatma formasında tədbiq olunmaqdadır. Yəni bel üsdü yatış vəziyyətində gözlərimiz 15 dərəcə dönmüşdürsə bütün laser şüaları istəniləndən 15 dərəcə fərqlə plandan kənar sahələrə tədbiq olunacaqdır. Bu da xüsusilə astigmat və WaveFront müalicəsindən istənilməyən nəticələr əmələ gətirəcəkdir. Bu xətanı qabaqlamaq üçün digər lazer cihazlarında cərrahlar xəstənin başını öz oxu ətrafında çevirərək gözlərindəki bu dönmələri kompensasiya etməyə çalışırlar. Ancaq əlbətdə ki, insana bağlı olan hər işdə olduğu kimi burada da səhvin olması yüksək ehtimaldır. Beləliklə, iris Registration və ya Iris təqib sistemi deyə biləcəyimiz xüsusiyyəti ilə STAR S4 IR bu problemi tamamilə həll etmiş və beləliklə əməliyyatın etibarlılığını ən yüksək səviyyəyə çatdırmışdır.

STAR S4 IR sistemində Wave Scan cihazı ilə dik pozisiyada alınan qırma qüsurlarının dərəcələri və gözə aid xəritələr yanında Irisin ( gözün rəngli görünən hissəsi) 56 nöqtəsində şəkillər çəkilərək qeyd edilir. Bu ölçü ve şəkillərin hamısı dijital formada STAR S4 IR sisteminə daxil edilir. Laser əməliyyatı üçün STAR S4 IR Excimer Laser cihazının çarpayısına bel üstə yatdığı zaman, cihaz irisdən görüntüləri almağa başlayır və bu görüntüləri wavescan wavefront cihazı ilə dik pozisiyada alınmış iris şəkilləri ilə bərabərləşdirir. Və əgər bel üstə yatıldığında gözdə öz ətrafında dönmə olmuşdursa STAR S4 IR- nin laser başlığı eyni istiqamətdə dönür və görüntüləri tək-tək bərabərləşdirir.Bütün bu əməliyyatlar bir neçə saniyə kimi qısa bir zaman içərisində həyata keçirilməkdədir. STAR S4 IR bu bəbərləşdirmə əməliyyatını bütün laser tədbiq olunması zamanı davam etdirir. Yəni gözdəki və ya başımızdakı dönmə hərəkətləri zamanı laser başlığı da eyni dərəcə döndüyü üçün hədəfdən yayınma heç vaxt mümkün deyildir. Bu özəllik WaveFront müalicələrinin əvəzolunmaz komponenti olaraq yerini almışdır.