DUYURULAR
İkinci şubemizi hizmetinize sunmuş bulunmaktan mutluluk duyuyoruz.


Gelişen teknolojide son nokta: Dünya ile aynı anda Bakü'de.Göz kusurlarını düzeltmek için kullanılan laser tekniğinde, şimdi yepyeni bir teknoloji olan IntraLase LASIK uygulanarak, hastaların daha avantajlı tedavi olması sağlanıyor...
Göz xəstəlikləri > Vitreoretinal cərrahiyyə


Vitreoretinal cərrahiyyə anlayışı vitreus və retina ilə əlaqədar cərrahiyyə ilə bağlıdır.

Bu sahədə ən sıx izlənən xəstə qrupu:

* Diabetik retinopatiya, makulopatiya
* Torlu qişanın qopması
* Katarakt cərrahiyyəsi fəsadları
* Göz travmaları
* Makula hole (görmə mərkəzində dəlik)
* Makulyar degenerasiya,makula translokasiyası
* Retinanın vaskulyar xəstəlıkləri, retinal ven-arterial tutulma.

Celamig Göz Klinikası, vitreoretinal cərrahiyyə sahəsi olduqca geniş cərrahi spekrta və xəstə kütləsinə sahibdir.Vitreoretinal cərrahiyyə anlayışında dünyada istifadə olunan ən müasir, aktual üsullar texnologiya ilə birləşdirilmişdir.Bu baxımdan təsfir sisteminin yetərsiz olduğu xəstəliklərdə gərəkirsə endoskopik cərrahi əməliyyatları aparılır.

Vitreoretinal cərrahiyyə əməliyyatlarında əsasən yerli keyitməyə üstünlük verilir. Təxminən bir saat sürən əməlıyyatdan sonra xəstələrin çoxu əməliyyat günü evə yazılırlar və nəzarətdə saxlanılırlar.

Vitreoretinal cərrahiyyə sahəsində müayinələrdə mütləq fundus şəkli çəkilir, çətin hallarda əlavə olaraq birsıra spesifik və terapevtik müayinələr aparılır:

Fundus fluorestin angioqrafiya (FFA)
Yaşıl indosianin angioqrafiya (İCG)
Ultrason
RTA (retinal thickness analyzer)
Mikroendoskopik müayinə

Cərrahi yanaşma gərəkən qlaukoma xəstələrinə mikroendoskopik siklofotokoaqulyasiya yenə vitreoretinal sahəni izləmək baxımından edilir.

Retina müayinəsi necə aparılır?
Vitreoretinal cərrahiyyəsi xəstələrin müayinəsinə ən az yarım saat vaxt ayrılmalıdır. Bu vaxtın bir qismi müayinəyə ayrılarkən, böyük bir hissəsidə göz bəbəyinin böyüdülməsinə sərf olunur. Bəzi xəstələrdə göz bəbəyinin böyüdülməsi üçün daha çox vaxt sərf olunur. Retina müayinəsinə əlavə dəqiqləşdirici müayinələr (ultrason, fundus angioqrafiyası, retina qalınlığı analizatoru kimi) gərəkərsə müayinə vaxtı daha da uzana bilər. Ümumiyyətlə,retina sahəsində müayinə gözlədiyinizdən daha uzun surə bilər, daha sağlam nəticə əldə edə bilmək üçün səbirli olmaq vacibdir.

Retina xəstəliklərinin bir hissəsi təcili müalicə olunmalıdır.Retina xəstəlıyinin müşahidəsində ani bir dəyişiklik olduğu zaman xəstəxanamıza növbəyə yazılmadan,dərhal baş vurmanız lazımdır,vaxt itirməmək göz sağlığı baxımından çox vacibdir.

Retina sahəsində müayinə zamanı izlənən prosedur:

Görmə itiliyinin yoxlanması
Biomikroskopla ön seqment müayinəsi
Göz təyziqi
Damla salınaraq göz bəbəyinin böyüməsi üçün gözləmə
Retina müayinəsi

Retina müayinəsi zamanı gözünüzə çox sərt işıq düşəcək, səbrli, təmkinli olmanız müayinəni asanlaşdıracaq və daha sağlam dəyərləndirməyə imkan yaradacaq.